Dünya
Netanyahu İsrailin ABŞ-ni İranla münaqişəyə cəlb etdiyinə dair məlumata münasibət bildirib
"Mənimə ABŞ Prezidenti Donald Tramp qədər koordinasiyalı fəaliyyət göstərən başqa liderlər yoxdur". Oxu.Az AFP agentliyinə istinadən xəbər verir ki, bu sözləri İsrailin Baş naziri Benyamin Netanyahu mətbuat konfransında bildirib. O, İsrailin ABŞ-ni münaqişəyə cəlb etdiyi barədə iddiaları təkzib edib. "Doğrudanmı insanlar düşünür ki, kimsə prezident Trampa nə etməli olduğunu deyə bilər?" - deyə Netanyahu vurğulayıb. Baş nazirin sözlərinə görə, İsrail İranın "Cənubi Pars" neft-qaz yatağına hücumu müstəqil şəkildə həyata keçirib. O qeyd edib ki, gələcəkdə bu cür hücumlardan çəkiniləcək. Netanyahu, həmçinin hərbi əməliyyatın "quru komponentinin" zəruri olduğunu bildirib. Onun sözlərinə görə, belə əməliyyat üçün çoxsaylı imkanlar mövcuddur, lakin bu imkanların detalları açıqlanmayıb. İsrailin baş naziri İran rəhbərliyində "çatların" yarandığını da qeyd edib. Bununla belə, o bildirib ki, iranlıların hökuməti devirməyə cəhd edib-etməyəcəklərini demək hələ tezdir. "İran xalqı bunu özü göstərməli, uyğun anı seçməli və ondan istifadə etməlidir", - deyə Netanyahu əlavə edib.
Mənbə
oxu.az