Digər

İrandan Səudiyyəyə xəbərdarlıq: İsrail hücum edəcək!

19 Mar 2026, 22:33 2 baxış
İrandan Səudiyyəyə xəbərdarlıq: İsrail hücum edəcək!

İsrail Səudiyyə Ərəbistanının “Aramko” şirkətinin obyektlərinə hücum etməyi planlaşdırır.


Axar.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) məlumatında deyilir.


"Əvvəllər də bildirdiyimiz kimi, İran silahlı qüvvələri ABŞ-a və sionist rejiminə məxsus bütün obyektləri hədəf alacaq, rəsmi olaraq bunun məsuliyyətini öz üzərinə götürəcək və bunu elan edəcək.


Əldə edilən məlumata görə, sionist rejimi regiondakı enerji obyektlərinə, o cümlədən “Aramko” obyektlərinə hücumlar planlaşdırır. Rejimin İranın günahlandırıldığı əvvəlki vəhşilikləri və regional ölkələr arasında təxribatları bu pis niyyətləri təsdiqləyir", - deyə bildirilib.

Mənbə axar.az

Oxşar Xəbərlər