Dünya
Misirdə son illərin ən güclü qum fırtınası: Turistlər təxliyə olunur - VİDEO
Misirdə son illərin ən güclü qum fırtınası səbəbindən çimərliklərdən turistlər təxliyə olunurlar. Bu barədə Oxu.Az "SHOT" "Telegram" kanalına istinadən məlumat verir. Məlumata görə, Hurqada şəhərində və digər kurortlarda dincələn turistlər çimərliklərdən və hovuz kənarındakı ərazilərindən qaçıblar.
Sinoptiklər proqnozlaşdırırlar ki, hotellərin yaşıl əraziləri tamamilə qumla örtüləcək. Bütün ekskursiyalar ləğv edilib və istirahət edənlərdən öz otaqlarından çıxmamaları xahiş olunur. Həmçinin onlara dənizdə üzmək də qadağan edilib. Proqnozlara görə, fırtına təxminən bir həftə davam edəcək. İndi turistlər ləğv edilmiş ekskursiyaları üçün pullarını geri almağa çalışırlar.

Mənbə
oxu.az