Dünya

Pentaqon İrana qarşı əməliyyatların nəticələrini açıqladı - Nələr məhv edilib?

19 Mar 2026, 17:36 2 baxış
Pentaqon İrana qarşı əməliyyatların nəticələrini açıqladı - Nələr məhv edilib?
İrana qarşı hərbi əməliyyatlar zamanı ABŞ ordusu bu ölkənin 11 sualtı qayığını məhv edib. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin hərb naziri Pit Heqset bildirib. "Biz 120-dən çox hərbi gəmiyə zərər vermişik və ya batırmışıq. Onların donanması artıq əhəmiyyətli bir amil deyil, 11 sualtı qayıqları yoxa çıxıb və limanları iflic vəziyyətindədir. İranın hava hücumundan müdafiə sistemi məhv edilib. Bu ölkənin müdafiə-sənaye bazası, zavodları, raketlərin və pilotsuz uçuş aparatlarının istehsalı üçün istifadə olunan qurğular tamamilə sıradan çıxarılır", - deyə Pentaqon rəhbəri mətbuat konfransında söyləyib. Haqset əlavə edib ki, ABŞ ordusu İranın hərbi-sənaye kompleksi ilə əlaqəli yüzlərlə hədəfə zərbələr endirib: "Hərbi əməliyyatlar nəticəsində ən böyük ziyan İranın ballistik raket istehsalı imkanlarına dəyib". Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb. Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub. İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər