Digər

ABŞ-a inansaq, raketlərimizin 320%-i məhv edilib...

19 Mar 2026, 17:30 2 baxış
ABŞ-a inansaq, raketlərimizin 320%-i məhv edilib...

İsrail və Amerika hərbi rəsmilərinin açıqlamalarına görə, İranın raket buraxıcılarının 320%-i indiyə qədər məhv edilib.


Axar.az xəbər verir ki, bunu İran parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf özünün X səhifəsində yazıb.


“Lakin İran raketləri yüksək sürətlə atmağa davam edir. İndi düşmən onların 500%-ə qədərini məhv etməyi hədəfləyir! ABŞ ordusu üçün unikal bir nailiyyət!” - o qeyd edib.

Mənbə axar.az

Oxşar Xəbərlər