Dünya
Estoniya hava məkanına müdaxilə iddiası ilə bağlı Rusiyaya nota verdi
Rusiyanın Estoniyadakı müvəqqəti işlər vəkili Lenar Salimullin ölkənin hava məkanına müdaxilə iddiası ilə əlaqədar Baltikyanı dövlətin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Estoniya XİN məlumat yayıb. "Xarici İşlər Nazirliyi Rusiyanın müvəqqəti işlər vəkilini çağırıb və Estoniya hava məkanına müdaxilə ilə bağlı nota verib", - deyə XİN-dən bildirilib. Məlumata görə, Rusiya qırıcı təyyarəsi martın 18-də Vayndlo adası yaxınlığında Estoniya hava məkanını pozub. Rusiya Müdafiə Nazirliyi isə bildirib ki, ölkənin hərbi təyyarələrinin bütün uçuşları beynəlxalq hava məkanı qaydalarına uyğun olaraq həyata keçirilir.
Mənbə
oxu.az