Digər
Vens Orbana dəstək üçün Budapeştə gəlir
ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens yaxın günlərdə Budapeştə səfər etməyi planlaşdırır.
Axar.az xəbər verir ki, səfərin əsas məqsədi Macarıstanın Baş naziri Viktor Orban hökumətinə siyasi dəstək nümayiş etdirməkdir.
Mənbələr bildirir ki, bu səfər 2026-cı ilin aprelində keçiriləcək parlament seçkiləri ərəfəsində baş tuta bilər.
Bununla belə, səfərin dəqiq vaxtı hələ təsdiqlənməyib. Bildirilir ki, Yaxın Şərqdə davam edən gərginlik, xüsusilə ABŞ və İsrailin İranla hərbi qarşıdurması səbəbindən planlarda dəyişiklik ola bilər.
Analitiklər qeyd edirlər ki, bu səfər Vaşinqtonun Avropada mühafizəkar hökumətlərlə əlaqələri gücləndirmək siyasətinin bir hissəsi kimi qiymətləndirilir.
Mənbə
axar.az