Digər
ABŞ Suriyadan bu ölkəyə ordu yeritməyi tələb edib?
ABŞ-ın Hizbullahı tərk-silah etmək üçün Suriyanı Livana qoşun göndərməyə təşviq etməsi ilə bağlı xəbərlər yalan və qeyri-dəqiqdir.
Axar.az xəbər verir ki, bunu ABŞ-ın Türkiyədəki səfiri və Suriya üzrə xüsusi elçisi Tom Barrak X hesabında yazıb.
Qeyd edək ki, “Röyters” mənbələrə istinadən ABŞ-ın Suriyanı qonşu ölkəyə qoşun göndərməyə sövq etməsi, lakin Dəməşqin Yaxın Şərqdə müharibəyə cəlb olunmaqdan və məzhəblərarası gərginliyi alovlandırmaqdan qorxaraq belə bir missiyanı yerinə yetirməkdən çəkinməsi barədə məlumat yaymışdı.
Mənbə
axar.az