Həbsdə olsa da, ayda 50 min manat qazanır
Hazırda həbsdə olan sosial media fenomeni Simge Barankoğlunun aylıq qazancı diqqət çəkib.
Axar.az Milli.az-a istinadla xəbər verir ki, Türkiyə mediasının yaydığı məlumata görə, narkotik və fahişəliyə şərait yaratma ittihamları ilə başladılan istintaq çərçivəsində həbs olunan fenomenin rəqəmsal platformalardan gəlirləri davam edir. Bildirilir ki, Barankoğlu hazırda aylıq təxminən 1,3 milyon TL (təxminən 50 min manat) gəlir əldə edir.
Ötən ay keçirilən əməliyyat zamanı saxlanılan Barankoğlunun həbsdən sonra izləyici və abunəçi sayında azalma qeydə alınsa da, onun hələ də təxminən 40 min abunəçisi mövcuddur.
Məlumata görə, o, həbs olunmazdan əvvəl aylıq təxminən 5 milyon TL qazanıb. Lakin abunəçi sayının azalması ilə gəlirləri də aşağı düşüb.
Məlumat üçün bildirək ki, İnstaqram platformasında abunəlik sistemi kontent istehsalçılarına izləyicilər üçün xüsusi məzmun (hekayə, canlı yayım, paylaşım və Reels videoları) təqdim etməklə aylıq sabit gəlir əldə etməyə imkan yaradır.