Digər
Arakçı Xameneidən danışdı: Əmin olduğum məlumat...
İranın xarici işlər naziri Abbas Arakçı ölkənin yeni ali rəhbəri Müctəba Xameneinin sağlamlıq vəziyyəti ilə bağlı açıqlama verib.
Axar.az xəbər verir ki, bu barədə Abbas Arakçı “Əl-Cəzirə” telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, ali lider səthi zədələrlə əlaqədar heç bir ciddi problem yaşamır və vəziyyət tam nəzarət altındadır:
“Bildiyim qədəri ilə İranın yeni ali rəhbəri yalnız səthi zədələr alıb, ancaq səhhəti olduqca yaxşıdır və vəziyyət nəzarət altındadır. Ali rəhbərin xalqla əlaqəsi və bəyanatlar verməsi onun öz qərarına bağlıdır. Ancaq mənə məlum olan və dəqiqliyinə əmin olduğum məlumat onun tam sağlam olmasıdır”.
Mənbə
axar.az