İdman

AFFA rəsmisi "Barselona"nın oyununa nəzarət edəcək

18 Mar 2026, 13:46 1 baxış
AFFA rəsmisi "Barselona"nın oyununa nəzarət edəcək

Beynəlxalq Hakimlik və hakimlərin təlim-tədrisi üzrə AFFA-nın baş katibinin müşaviri Frank De Bleker UEFA-dan təyinat alıb.


Axar.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin "Barselona" (İspaniya) - "Nyukasl Yunayted" (İngiltərə) oyununun hakim-inspektoru olacaq.


Bu gün Barselonanın "Nou Kamp" stadionunda təşkil olunacaq qarşılaşmanı Fransadan olan hakimlər briqadası idarə edəcək.

Mənbə axar.az

Oxşar Xəbərlər