İdman
"Barselona" - "Nyukasl Yunayted" matçına AFFA-nın müşaviri nəzarət edəcək
Beynəlxalq Hakimlik və hakimlərin təlim-tədrisi üzrə AFFA-nın baş katibinin müşaviri Frank De Bleker UEFA-dan təyinat alıb. Oxu.Az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki. o, UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin "Barselona" (İspaniya) - "Nyukasl Yunayted" (İngiltərə) oyununun hakim-inspektoru olacaq. Bu gün Barselonanın "Nou Kamp" stadionunda təşkil olunacaq qarşılaşmanı Fransadan olan hakimlər briqadası idarə edəcək.
Mənbə
oxu.az