Digər

Hörmüz üçün kömək istəməyə məcbur oldular - Arakçı

18 Mar 2026, 11:49 2 baxış
Hörmüz üçün kömək istəməyə məcbur oldular - Arakçı

Amerikalıları bu müharibəyə İsrail, daha dəqiq desək, Netanyahu cəlb etdi.


Axar.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Arakçı deyib.


“Düşünürəm ki, onlar son məqsədlərinin nə olduğunu belə bilmirlər. Hər gün fərqli bir şey deyirlər: rejim dəyişikliyi, İranı bölmək, hökuməti dağıtmaq və ya qeyd-şərtsiz kapitulyasiya.


Bütün bunlar səhv hesablamaya əsaslanır. İndi onlar bunu anlayırlar və özlərini çətin vəziyyətdə tapıblar. Şərtsiz təslim olmağı tələb edənlər indi Hörmüz boğazını yenidən açmaq üçün kömək istəməyə, ölkələri dəvət etməyə və “xahiş edirəm, kömək edin” deməyə məcburdurlar.


Bu müharibəni ABŞ başladı. Səhvini etiraf etməli və təcavüzünə son qoymalıdır”, - Arakçı bildirib.


Qeyd edək ki, İsrail və ABŞ 28 fevralda İrana qarşı hərbi əməliyyata başlayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər