Digər
Hörmüz sahillərində İranın raket bazaları məhv edildi - Video
ABŞ ordusu Hörmüz boğazı sahilində İranın raket bazalarını bombalayıb.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) X hesabında bildirilib.
ABŞ qüvvələrinin İranın Hörmüz boğazı yaxınlığındakı sahil boyunca yerləşən möhkəmləndirilmiş raket bazalarına qarşı bir neçə dərin nüfuzedici bombadan uğurla istifadə etdiyi qeyd olunub.
Məlumatda vurğulanıb ki, İranın gəmi əleyhinə raketləri boğazda beynəlxalq gəmiçilik üçün təhlükə yaradıb.
Mənbə
axar.az