İrana qarşı savaş: ABŞ-ın xərcləri 1 trilyon dollara çata bilər
Müharibənin davam edəcəyi təqdirdə ABŞ-ın İrana qarşı hərbi kampaniyasının dəyəri 1 trilyon dollara çata bilər.
Axar.az xəbər verir ki, bu barədə “İntercept” nəşri ekspertlərə və hərbi xərclərin dinamikasına istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, əməliyyatın ilk iki həftəsində büdcə xərcləri artıq 12 milyard dollara çatıb.
Nəşr izah edir ki, trilyon dollarlıq rəqəm əməliyyatın uzunmüddətli mərhələyə qədəm qoyacağı və təkcə intensiv raket zərbələri deyil, həm də potensial yerüstü müdaxilə və regionun sonrakı sabitləşməsini tələb edəcəyi proqnozlara əsaslanır.
Analitiklər vurğulayırlar ki, əgər zərbələrin hazırkı intensivliyi və bahalı raket ehtiyatlarının doldurulması zərurəti qorunub saxlanılarsa, son xərc İraq və ya Əfqanıstandakı kampaniyaların çoxillik xərcləri ilə müqayisə edilə bilər.