Cəmiyyət

Xaçmaz sakini faciəvi şəkildə öldü

18 Mar 2026, 09:42 2 baxış
Xaçmaz sakini faciəvi şəkildə öldü

Xaçmaz rayonunda piyadanın ölümü ilə nəticələnən avtomobil qəzası baş verib.


Axar.az xəbər verir ki, hadisə Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonunun Çinartala kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.


Yolu keçən Tofiq Hacıbala oğlu Almazovu hərəkətdə olan VAZ-2107 markalı minlik avtomobili vurub.


Ağır bədən xəsarətləri alan piyada hadisə yerində ölüb.


Faktla bağlı araşdırma aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər