Digər

ABŞ Çinə qarşı Ukraynadan istifadə edir - "Politiko"

18 Mar 2026, 08:00 2 baxış
ABŞ Çinə qarşı Ukraynadan istifadə edir - "Politiko"

ABŞ Prezidenti Donald Tramp tez-tez Avropa müttəfiqlərini Vladimir Putinə açıq çağırışları və Vladimir Zelenski barədə sərt açıqlamaları ilə məyus edib.


Axar.az xəbər verir ki, bu barədə “Politiko” nəşrində qeyd olunub.


Nəşr istisna etmir ki, bu zahiri balanssızlığın arxasında uzunmüddətli strateji məqsəd — Çin-ə qarşı durmaq dayanır:


“Tramp administrasiyası hesab edir ki, Rusiya ilə münasibətlərin yumşaldılması, Ukraynadakı müharibənin dayandırılması üçün ona stimullar yaradılması və Amerika investisiyalarının cəlb edilməsi nəticədə qlobal nizamı Çindən uzaq istiqamətə dəyişə bilər”.


Nəşrin fikrincə, bu riskli addımdır və ukraynalılar arasında narahatlıq doğurur. Eyni zamanda bu, Tramp administrasiyasının ABŞ və Qərb üçün ən böyük geosiyasi təhlükənin Putinin Rusiyası deyil, məhz Çin olduğuna inandığını göstərir.


Tramp administrasiyasının anonim nümayəndəsi bildirib ki, Rusiya ilə daha sıx əməkdaşlıq yolunun axtarılması Çinlə münasibətlərdə fərqli güc balansı yarada bilər və bu, çox, çox sərfəli ola bilər.

Mənbə axar.az

Oxşar Xəbərlər