Siyasət

Sikorski Azərbaycana dron hücumlarını pislədi

17 Mar 2026, 18:34 1 baxış
Sikorski Azərbaycana dron hücumlarını pislədi

Polşanın Baş nazirinin müavini, xarici işlər naziri Radoslav Sikorski martın 17-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.


Azərbaycan Xarici İşlər Nazirliyindən Axar.az-a bildirilib ki, nazirlər Yaxın Şərqdə davam edən müharibənin regional və qlobal səviyyədə ciddi təhlükəsizlik təhdidləri yaratdığını, deeskalasiyanın və danışıqlar prosesinin bərpasının əhəmiyyətini vurğulayıblar. Radoslav Sikorski İranın Azərbaycana qarşı həyata keçirdiyi dron hücumlarını qətiyyətlə pisləyib və ölkəmizlə həmrəyliyini ifadə edib. Polşa naziri ölkəsinin diplomatlarının və vətəndaşlarının İran ərazisindən təxliyəsinə göstərilən dəstəyə görə Azərbaycana təşəkkür edib.


Telefon danışığı zamanı, həmçinin Azərbaycanla Polşa arasında siyasət, iqtisadiyyat, alternativ enerji, humanitar və digər sahələrdə münasibətlərin geniş perspektivə malik olduğu, əlaqələrin inkişafında qarşılıqlı səfərlərin və siyasi dialoqun intensivləşdirilməsinin əhəmiyyəti qeyd edilib. Habelə digər regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Mənbə axar.az

Oxşar Xəbərlər