Cəmiyyət

Qobu sakinləri üfunətə məhkum olublar: Kanalizasiya daşır, küçələri çirkab su basır - VİDEO

17 Mar 2026, 17:32 2 baxış
Qobu sakinləri üfunətə məhkum olublar: Kanalizasiya daşır, küçələri çirkab su basır - VİDEO
Abşeron rayonunun Qobu qəsəbəsinin sakinləri uzun müddətdir ki, üfunət içində yaşamağa məhkum olublar. Sakinlər Baku TV-yə deyiblər ki, təxminən üç aydan çoxdur onların evinin yaxınlığından keçən kanalizasiya xətti partlayıb, küçəni su basıb.
"Problem göz qabağındadır. Kanalizasiya daşıb. Gəlirlər, yalandan iki-üç gün əlləşirlər, yenə eyni vəziyyət olur", - deyə şikayətçilərdən biri narazılığını bildirib. Mövcud vəziyyətlə əlaqədar İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, məsələ ilə bağlı Abşeron Regional Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinə məlumat verilib. Əraziyə briqada cəlb ediləcək, müvafiq işlər görülərək xətt bərpa olunacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər