Cəmiyyət

Uyğunsuzluq aşkarlanmış energetik içkinin idxalına məhdudiyyət qoyulub

17 Mar 2026, 17:46 2 baxış
Uyğunsuzluq aşkarlanmış energetik içkinin idxalına məhdudiyyət qoyulub
Sərxan Hüseynqulu oğlu Abbasovun Türkiyə Respublikasından idxal etdiyi "Tayaş Gıda Sanayi ve Ticaret Anonim Şirketi" müəssisəsinin istehsalı olan "DBL Drink Diblong" əmtəə nişanlı (20.07.2025 - 20.07.2027 istehsal və son istifadə tarixli) energetik içki məhsulu partiyasında dərman vasitələrinin tərkibində istifadə edilən sildenafil maddəsi aşkar olunub. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Bildirilib ki, faktla bağlı qanunuvericiliyə uyğun olaraq sözügedən məhsul partiyası məhv edilib, həmçinin həmin istehsalçı tərəfindən istehsal olunan bu məhsulların ölkə ərazisinə idxalına məhdudiyyət tətbiq olunub.
Uyğunsuzluq aşkarlanmış energetik içkinin idxalına məhdudiyyət qoyulub
Mənbə oxu.az

Oxşar Xəbərlər