Cəmiyyət
Qəhvədən daha artıq: "Kashalata"da inklüziv həyatın dadı
Bakının səs-küylü küçələrindən uzaqlaşıb sakit guşələrin birinə üz tutmaq istəyi yaranır zaman-zaman insanda. Bu istəyi reallaşdırmaq üçün bir neçə jurnalist dostumuzla birlikdə yolumuzu şəhərin ilk inklüziv məkanlarından biri olan "Kashalata" kafesinə saldıq. Səmimi olsam, kafeyə daxil olana kimi bu qədər həyat dolu bir məkan olduğunu təsəvvürümüzə gətirməmişdik. Qapıdan içəri daxil olanda anladıq ki, bura sadəcə qəhvə içmək üçün mövcud olan ənənəvi məkanlarla müqayisə oluna biləcək bir yer deyil. Burada insana xoş əhval bəxş edən, onu bütün problemlərdən bir neçə dəqiqəlik uzaqlaşdıran yalnız qəhvə qoxusu yox, ümid və səmimiyyətdir.
"Trendyol"un "Kashalata"ya təşkil etdiyi mediatur çərçivəsində baş tutan bu ziyarət jurnalistlərə inklüziv məkanla tanış olmaq, burada çalışan gənclərin gündəlik fəaliyyətini və yaradıcılıq ruhunu yaxından izləmək imkanı verdi. "Trendyol" iki ildir ki, Bakının ilk və yeganə inklüziv kafesi olan "Kashalata"nın ən böyük dəstəkçilərindən biri olmaqla, neyromüxtəlifliyə malik gənclərin cəmiyyətə sosial inteqrasiyasını təşviq edir. Şirkət fəaliyyət göstərdiyi bütün ölkələr kimi Azərbaycanda da sosial təsir layihələri çərçivəsində inklüzivliyi təşviq edir və əlilliyi olan şəxslərin məşğulluğunu dəstəkləməyə davam edir.
Bakıda fəaliyyət göstərən ilk inklüziv kafe olan "Kashalata"da mühit də, atmosfer də tamam fərqlidir. Fərqi yaradan isə autizmli gənclərin bu məkanı özlərinin təhlükəsiz və isti sığınacağına çevirməsidir. Onların gülərüzlə qonaqları qarşılaması, sifarişləri qəbul etməsi və xidmət göstərməsi insana görünməyən bir enerjini - sevgi və səmimiyyəti hiss etdirirdi. Onların gözlərindəki sevinc insanı ayrılmaq istəmədiyi bir xoş mühitlə baş-başa hiss etdirirdi. Kafenin sahibi, "Birgə və Sağlam" İctimai Birliyinin sədri Aytən Eynalova bizimlə söhbətində bildirdi ki, "Kashalata" layihəsi autizmli gənclərin əmək bazarına qoşulmasına dəstək olmaq istəyindən yaranıb. Onun sözlərinə görə, bu ideyanın arxasında həm də şəxsi bir hekayə dayanır - autizmli övladının gələcəyi ilə bağlı qurduğu böyük arzu.
Aytən xanım hesab edir ki, bu kimi təşəbbüslər autizmli şəxslərin cəmiyyətə inteqrasiyası üçün olduqca vacibdir. Çünki burada gənclər yalnız qonaqlara xidmət göstərməyi öyrənmirlər. Onlar kollektivdə işləməyi, məsuliyyət daşımağı və sosial ünsiyyət qurmağı da mənimsəyirlər. Layihə eyni zamanda cəmiyyətdə autizm haqqında məlumatlılığın artırılmasına xidmət edir. Aytən xanım bizə "Kashalata" adının yaranma tarixçəsini danışır. O deyir ki, autizmli övladı Həmzə hələ erkən yaşlarında Türkiyədə xüsusi təhsil aldığı vaxtlarda "kaşık" və "salata" sözlərini birləşdirərək bütün yeməklərə "kaşalata" deyirmiş. Məhz bu səbəbdən də övladının dilindən eşidib sevdiyi bu sözə həyat vermək qərarı vermişdi Aytən xanım.
Kafedə keçirdiyimiz bir neçə saat ərzində müşahidə etdiyimiz mənzərə göstərirdi ki, burada çalışmaq gənclərə təkcə iş bacarıqları qazandırmır, həm də onların özlərinə olan inamını artırır. Burada çalışan gənclər sifarişləri qəbul edir, qonaqlara xidmət göstərir və komanda şəklində işləyərək peşə bacarıqlarını inkişaf etdirirlər. "Trendyol"un Azərbaycanda korporativ kommunikasiyalar üzrə rəhbəri Süheylə Cəfərova qeyd etdi ki, "Kashalata" kafesində inklüziv məşğulluğa cəlb olunan gənclərin fəaliyyəti şirkətin sosial təsir proqramı çərçivəsində dəstəklənir: "İnsanların həyatına müsbət təsir göstərmək və cəmiyyət üçün dəyər yaratmaq "Trendyol"un sosial təsir hədəflərindən biridir. Artıq ikinci ildir ki, "PAŞA Holding"lə birgə "Kashalata"ya dəstək veririk. Burada autizm spektrində olan fərdlər də daxil olmaqla, bir neçə gənc işlə təmin olunur və öz bacarıqlarını inkişaf etdirmək imkanı qazanır. Bu təşəbbüs vasitəsilə neyromüxtəlifliyə malik gənclərin cəmiyyətə inteqrasiyasını dəstəkləyirik. Kafenin əsas məqsədi əlilliyi olan insanlar üçün iş yerləri yaratmaq və onları əlçatan məşğulluq vasitəsilə cəmiyyətə inteqrasiya etməkdir. Biz bu işdə "Kashalata"ya dəstək verə bildiyimiz üçün məmnunuq".
PAŞA Holding-in Korporativ sosial məsuliyyət departamentinin nümayəndəsi Bəyim İbrahimova layihənin cəmiyyət tərəfindən maraqla qarşılandığını bildirdi: "Artıq kafedə çalışan gənclərin iqtisadi fəallığı və iqtisadi müstəqillikləri var. "PAŞA Holding"in əsas məqsədi cəmiyyətə töhfə vermək və bunun real nəticələrini görməkdir". Görüşümüzün ən maraqlı hissəsi kafedə çalışan gənclərlə birlikdə qəhvə hazırlama prosesi oldu. Onlar qəhvənin hazırlanma prosesində öz bacarıqlarını məmnuniyyətlə paylaşmaqda maraqlı idilər.
"Kaşalata"nın başqa bir mühüm tərəfi isə autizmli övlad sahibi olan valideynlər üçün yaratdığı ümiddir. Bu məkan onlara göstərir ki, doğru dəstək və uyğun mühit olduqda autizmli gənclər də cəmiyyətin müxtəlif sahələrində uğurla fəaliyyət göstərə bilirlər. Artıq "Kashalata" yalnız sosial layihə kimi deyil, həm də Bakının sevilən məkanlarından biri kimi tanınır. Buraya gələn qonaqlar sadəcə qəhvə və şirniyyat dadmaq üçün yox, həm də inklüziv cəmiyyət ideyasına dəstək olmaq üçün gəlirlər.
Bəlkə də burada təqdim olunan hər fincan qəhvə adi bir içki kimi görünə bilər. Amma əslində o fincanın içində autizmli gənclərin arzuları, müstəqil həyata doğru addımları və cəmiyyətə inteqrasiya ümidləri var və "Kashalata" da həmin ümidlərin sakit, amma çox dəyərli ünvanıdır. Yolunu buradan salan hər bir müştəri həm bu ümidlərə qucaq açmış, həm də o ümidləri qucaqlamış olur.
{{gallery}}

Mənbə
oxu.az