Digər

İsrail Hizbullahın komanda mərkəzlərini vurdu

15 Mar 2026, 11:29 2 baxış
İsrail Hizbullahın komanda mərkəzlərini vurdu

İsrail ordusu dünən Livan ərazisində Hizbullahın infrastrukturuna qarşı əlavə hava zərbələri endirib.


Axar.az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.


Məlumata görə, Əl-Qatrani bölgəsində Hizbullahın raket buraxılış mövqeləri vurulub. Həmçinin Beyrutda “Radvan” qüvvələrinə aid komanda mərkəzləri məhv edilib.


Bildirilib ki, əməliyyatlar nəticəsində Hizbullahın idarəetmə, maliyyə və silah imkanlarına ciddi ziyan dəyib.


İsrail ordusu əlavə edib ki, zərbələrdən əvvəl mülki itkilərin qarşısını almaq üçün xəbərdarlıq edilib və dəqiq silahlardan istifadə olunub.

Mənbə axar.az

Oxşar Xəbərlər