Digər

İran müharibəsi ABŞ-da bu avtomobillərə marağı artırdı

15 Mar 2026, 01:03 2 baxış
İran müharibəsi ABŞ-da bu avtomobillərə marağı artırdı

Amerikalılar Yaxın Şərqdəki münaqişə ilə əlaqədar benzin qiymətlərinin artması səbəbindən elektromobillərə keçməyi düşünürlər.


Axar.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayb.


Məlumata görə, 14 martda ABŞ-da yanacaqdoldurma məntəqələrində benzinin orta qiyməti bir qallon (3,8 litr) üçün 3,70 dollar təşkil edib ki, bu da bir ay öncə ilə müqayisədə (2,90 dollar) 90 sent bahadır. Amerikalı sürücülər təkcə bu həftə benzin üçün 1,65 milyard dollar daha çox pul ödəyiblər.


Nəşr qeyd edir ki, benzinin qiymətinin artması elektromobillərə marağı yenidən artırıb. Hətta İrana qarşı hərbi əməliyyatın başlanmasından sonrakı ilk həftədə elektromobillərlə bağlı axtarışlar 20% artıb.


Mütəxəssislər bildirir ki, ölkə üzrə benzinin orta qiyməti bir qallon üçün 4 dollara çatdıqda elektrikli nəqliyyat növünə kütləvi keçid başlayacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər