Digər

Rusiya Zaporojyeni vurdu: ölü və yaralılar var

14 Mar 2026, 20:58 2 baxış
Rusiya Zaporojyeni vurdu: ölü və yaralılar var

Rus ordusu Zaporojye şəhərində yaşayış məntəqəsinə hücum edib.


Axar.az xəbər verir ki, bu barədə Zaporojye Regional Dövlət Administrasiyasının rəhbəri İvan Fedorov Teleqram hesabında məlumat yayıb.


Raket hücumu nəticəsində bir nəfər ölüb, yeddi nəfər isə yaralanıb.


O qeyd edib ki, bölgədə ballistik raket hücumu təhlükəsi var.

Mənbə axar.az

Oxşar Xəbərlər