İdman

İrana görə Formula-1 Qran-priləri ləğv edildi

14 Mar 2026, 00:55 1 baxış
İrana görə Formula-1 Qran-priləri ləğv edildi

Formula-1 üzrə Bəhreyn və Səudiyyə Ərəbistanında nəzərdə tutulan Qran-Pri yarışları İrandakı müharibə ilə əlaqədar ləğv olunub.


Axar.az xəbər verir ki, bu barədə Qərb mediası məlumat yayıb.


Bəhreyn və Səudiyyə Ərəbistanındakı yarışlar bu mövsümün dördüncü və beşinci Qran-priləri olaraq keçirilməli idi. Yarışların Bəhreyndə aprelin 10-12-də, Səudiyyə Ərəbistanında isə bir həftə sonra keçirilməsi planlaşdırılırdı. Bəhreyn 2004-cü ildən, Səudiyyə Ərəbistanı isə 2021-ci ildən Formula yarışlarına ev sahibliyi edir.


Qeyd edək ki, Formula-1 yarışlarının 17-ci - Azərbaycan Qran-Prisi sentyabrın 24-26-da Bakı şəhər halqasında keçiriləcək.

Mənbə axar.az

Oxşar Xəbərlər