İdman

DÇ-2026: Braziliya son dəqiqələrdə vurulan qolla növbəti mərhələyə adladı - VİDEO

29 Jun 2026, 23:04 1 baxış
DÇ-2026: Braziliya son dəqiqələrdə vurulan qolla növbəti mərhələyə adladı - VİDEO
Futbol üzrə 2026-cı il dünya çempionatının (DÇ-2026) 1/16 final mərhələsinin ikinci oyunu keçirilib. Oxu.Az xəbər verir ki, ABŞ-nin Hyuston şəhərində keçirilmiş qarşılaşmada Braziliya və Yaponiya milliləri üz-üzə gəliblər.

Matçın əsas vaxtında komandalar hərəyə bir dəfə fərqləniblər. Yaponlardan Kaisyu Sano (29-cu dəqiqə), "sambaçılar"dan isə Kazemiro (56-cı dəqiqə) qol müəllifi olublar. 90+6-cı dəqiqədə fərqlənən Martinelli Braziliya millisinin 2:1 hesablı qələbəsini təmin edib. Qeyd edək ki, Braziliya 1/8 final mərhələsində Kot-d'İvuar - Norveç cütünün qalibi ilə qarşılaşacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər