İdman
Kazemiro dünya çempionatlarında rekord müəyyənləşdirdi
Braziliyalı yarımmüdafiəçi Kazemiro futbol üzrə dünya çempionatlarının final mərhələlərində ən çox sarı vərəqə alan futbolçu kimi rekorda imza atıb. Oxu.Az "Euro-football" nəşrinə istinadən xəbər verir ki, Yaponiya yığmasına qarşı keçirilən 1/16 final mərhələsinin oyununda futbolçu üç dünya çempionatı ərzində özünün beşinci sarı vərəqəsini alıb. O, Braziliya millisinin heyətində dünya çempionatında ilk dəfə 2018-ci ildə Rusiyada keçirilən turnirdə meydana çıxıb. Dörd il sonra Kazemiro Qətərdəki dünya çempionatında milli komandanın şərəfini qoruyub, hazırda isə ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi mundialın iştirakçısıdır.
Mənbə
oxu.az