Digər

Azərbaycanda bu şəxslərə yeni mənzillər veriləcək

30 Jun 2026, 01:48 1 baxış
Azərbaycanda bu şəxslərə yeni mənzillər veriləcək

Azərbaycanın daha bir rayonunda əlilliyi müəyyən edilmiş bir qrup şəxsə və şəhid ailələrinə yeni mənzillər veriləcək.


Axar.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyi bununla bağlı müvafiq hazırlıq işlərinə başlayıb.


Həyata keçirilən tədbirlərin davamı olaraq sözügedən kateqoriyaya aid şəxslərə Yardımlı rayonunda 10 ədəd üçotaqlı, 18 ədəd ikiotaqlı və dörd ədəd birotaqlı mənzilin verilməsi nəzərdə tutulur.


Məlumata əsasən, əlilliyi müəyyən olunmuş şəxslərə və şəhid ailələrinə təqdim ediləcək həmin mənzillərin satın alınmasına təxminən 2.6 milyon manata yaxın vəsaitin sərf olunacağı proqnozlaşdırılır.

Mənbə axar.az

Oxşar Xəbərlər