Digər

İran Ərbildə fransalı hərbçiləri vurdu: 1 ölü, 6 yaralı

13 Mar 2026, 10:05 2 baxış
İran Ərbildə fransalı hərbçiləri vurdu: 1 ölü, 6 yaralı

İranın İraqın Ərbil şəhərinə endirdiyi zərbələr zamanı fransalı hərbçi Arno Frion həlak olub.


Axar.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron özünün X səhifəsində yazıb.


Ərbil qubernatoru Omed Koşnava da bildirib ki, İran Ərbildə peşmərgənin bazasına PUA zərbələri endirib.


Onun sözlərinə görə, zərbələr nəticəsində daha 6 fransalı hərbçi yaralanıb.


Qeyd edək ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı başlayandan bəri islam Respublikası Ərbilə bir neçə dəfə zərbələr endirib.

Mənbə axar.az

Oxşar Xəbərlər