Digər

Səudiyyə bu gün 2 raket və 7 PUA-nı məhv etdi

12 Mar 2026, 23:26 2 baxış
Səudiyyə bu gün 2 raket və 7 PUA-nı məhv etdi

Səudiyyə Ərəbistanı cümə axşamı biri Şərq əyalətinə, digəri isə Şahzadə Sultan hava bazasına atılan iki ballistik raketi məhv edib.


Axar.az xəbər verir ki, bu barədə AFP-nin məlumatında deyilir.


Krallığın Müdafiə Nazirliyi həmçinin X platformasında paylaşım edərək bildirib ki, Şeybah neft yatağına doğru gedən yeddi dron da məhv edilib. Bununla da neft yatağını hədəf alarkən vurulan dronların ümumi sayı 10-a çatıb.


Qeyd edək ki, 28 fevralda ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Tehran isə buna cavab olaraq region ölkələrində ABŞ hədəflərinə zərbələr endirir.

Mənbə axar.az

Oxşar Xəbərlər