Digər

Hindistan baş nazirindən İranla bağlı çağırış...

12 Mar 2026, 22:13 2 baxış
Hindistan baş nazirindən İranla bağlı çağırış...

Hindistanın Baş naziri Narendra Modi ilə İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı baş tutub.


Axar.az xəbər verir ki, Modi bu barədə X-dəki hesabında yazıb.


Onun sözlərinə görə, M.Pezeşkianla söhbət əsnasında regiondakı vəziyyət müzakirə edilib.


"Gərginliyin artmasından və mülki şəxslərin həyatını itirməsindən, eləcə də mülki infrastruktura dəyən ziyandan dərin narahatlığımı ifadə etdim" , - Modi bildirib.


Telefon danışığı zamanı Hindistan vətəndaşlarının təhlükəsizlik və mühafizəsi, maneəsiz tranzit ətrafında fikir mübadiləsi aparılıb.


Modi dialoq və diplomatiya çağırışı edib.

Mənbə axar.az

Oxşar Xəbərlər