Digər

Yaxın Şərq 30 dəqiqəyə qaranlığa qərq olar - Laricani

12 Mar 2026, 17:55 2 baxış
Yaxın Şərq 30 dəqiqəyə qaranlığa qərq olar - Laricani

İranın elektrik şəbəkəsi məhv edilsə, Yaxın Şərq 30 dəqiqə ərzində qaranlığa qərq olar.


Axar.az xəbər verir ki, bunu İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani özünün X səhifəsində yazıb.


“Donald Tramp deyib ki, bir saat ərzində İranın elektrik enerjisini kəsə bilərdim, amma bunu etmədim. Əgər o bunu etsə, bütün bölgədə elektrik kəsilməsi cəmi yarım saat çəkərdi. Qaranlıq bölgədə qaçan ABŞ hərbçilərini tapmaq və onları ovlamaq üçün əlverişli bir fürsətə çevrilərdi”, - o qeyd edib.

Mənbə axar.az

Oxşar Xəbərlər