Siyasət
Şarl Mişel: "Avropa İttifaqının əsaslandığı üç prinsip pozulub"
"Avropa İttifaqı üç vədə əsaslanır: sülh, demokratik prinsiplər, iqtisadi və sosial rifah. Lakin biz görürük ki, hər üç prinsip pozulub. Avropa İttifaqında ikili standartlara meyillilik artıb". Oxu.Az xəbər verir ki, bunu Avropa Şurasının fəxri prezidenti Şarl Mişel XIII Qlobal Bakı Forumunda "Qlobal təhlükəsizlik və güc balansı: Beynəlxalq hüquqa hörmət - Yeni məsələlər, yeni çağırışlar" mövzusunda keçirilən panel müzakirəsində deyib. O bildirib ki, etibarlı tərəfdaşlıq qurulmalıdır: "Aİ böyük bir siyasi canlıya bənzəyir, 27 üzv dövlət bir araya gəlir. Tamamilə təbiidir ki, bəzi hallarda milli maraqlar Aİ-nin maraqlarından üstün tutulsun. Aİ-nin əsas missiyası ondan ibarətdir ki, mümkün qədər həmrəylik nümayiş etdirsin. Ümumi mövqeyin formalaşması üçün hər bir aspekt müzakirə edilə bilər". Şarlı Mişel əlavə edib ki, ABŞ ilə Aİ arasında mövcud olan ənənəvi strateji ittifaq da dəyişir və bu, Avropanın daha müstəqil qərarlar qəbul etməsini zəruri edir. Məhərrəm Əliyev
Mənbə
oxu.az