Siyasət
Dünya Bankının sabiq vitse-prezidenti: "Dünya nizamı ağır zərbə alıb"
"Dünya nizamı ağır zərbə alıb, yeni yanaşmalara ehtiyacı var". Oxu.Az xəbər verir ki, bu fikirləri Dünya Bankının sabiq vitse-prezidenti İsmayıl Serageldin Bakıda keçiriləcək XIII Qlobal Bakı Forumundan əvvəl baş tutan mətbuat konfransında deyib. O bildirib ki, dünya həlledici qırılma mərhələsindədir: "Bəşəriyyət yalnız keçid dövrünü yaşamır, eyni zamanda, dünya nizamı çox ağır zərbə alıb. Biz XXI əsrin siyasi, hərbi, ekoloji və humanitar problemləri ilə mübarizə aparmaq üçün çoxtərəfliliyə tamamilə yeni bir yanaşma təklif etməliyik. Beynəlxalq nizamı yenidən dizayn etmək üçün müdriklik ortaya qoymalıyıq". Məlik Məlikov
Mənbə
oxu.az