İdman

Serdal Adalı yenidən "Beşiktaş"ın prezidenti seçildi

04 Oct 2026, 20:48 2 baxış
Serdal Adalı yenidən "Beşiktaş"ın prezidenti seçildi
Türkiyənin "Beşiktaş" futbol klubunun növbədənkənar seçki qurultayında hazırkı prezident Serdal Adalı 3 815 etibarlı səs toplayaraq yenidən bu vəzifəyə seçilib. Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulun Sinan Erdem İdman Salonunda keçirilən qurultayda prezidentliyə yalnız Serdal Adalı namizəd olub. Ümumilikdə 3 910 səsin verildiyi seçkidə Adalı 3 815 səs toplayıb. Bülletenlərdən 37-si etibarsız sayılıb, 58 səs isə boş olub. Serdal Adalı və yeni idarə heyəti 2028-ci ilin may ayınadək vəzifədə olacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər