İdman

Lamin Yamal unikal nəticəyə imza atdı

04 Oct 2026, 20:28 2 baxış
Lamin Yamal unikal nəticəyə imza atdı
İspaniya millisinin və "Barselona"nın ulduzu Lamin Yamal UEFA Millətlər Liqasında unikal göstəriciyə imza atıb. Oxu.Az xəbər verir ki, 19 yaşlı futbolçu Çexiya ilə matçın 6-cı dəqiqəsində baxımlı qola imza ataraq İspaniyanın 3:1 hesablı qələbəsinə töhfə verib. Bununla da Yamal ardıcıl üç oyunda 10 dəqiqə ərzində qol vuran ilk futbolçu olub. O, İngiltərə və Xorvatiya ilə əvvəlki iki qarşılaşmada da 2-ci dəqiqədə fərqlənmişdi. Çexiya ilə matçda isə hesabı 6-cı dəqiqədə açıb. İspaniyanın digər qollarını Rodri və Mikel Merino vurub. Çexiyanın yeganə qolunun müəllifi isə İrji Slama olub. İspaniya bu qələbə sayəsində A liqasının 3-cü qrupunda 9 xalla liderliyini qoruyub və ardıcıl 41-ci oyununda məğlub olmayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər