Siyasət

Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana rəsmi səfərə gəlib

11 Mar 2026, 14:52 1 baxış
Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana rəsmi səfərə gəlib
Avropa İttifaqı Şurasının Prezidenti Antoniu Koşta martın 11-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının və Avropa İttifaqının bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Avropa İttifaqı Şurasının Prezidenti Antoniu Koştanı baş nazirin müavini Samir Şərifov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər qarşılayıblar.
Mənbə oxu.az

Oxşar Xəbərlər