İdman

Madrid klubu "Barselona"nın Avropadakı uğurunu təkrarlayıb

11 Mar 2026, 12:18 1 baxış
Madrid klubu "Barselona"nın Avropadakı uğurunu təkrarlayıb
İspaniyanın "Atletiko Madrid" klubu UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk matçında İngiltərə təmsilçisi "Tottenhem"i 5:2 hesabı ilə darmadağın edərək, klub tarixində yeni rekorda imza atıb. Oxu.Az-ın "Opta Sport" statistika portalına istinadla yaydığı məlumata görə, "döşəkçilər" tarixlərində ilk dəfə Çempionlar Liqası matçının yalnız birinci hissəsində rəqib qapısından dörd top keçirməyi bacarıblar. Bununla yanaşı, "ağ-qırmızılar" "Barselona"dan sonra Avropanın əsas futbol turnirinin pley-off mərhələsində bu göstəriciyə imza atan ikinci İspaniya komandası kimi yadda qalıblar. Xatırladaq ki, "blauqrana" oxşar nəticəni 2009-cu ildə iki dəfə (1/8 finalda "Lion"a qarşı 5:2 və 1/4 finalda "Bavariya"ya qarşı 4:0) göstərmişdi. Qeyd edək ki, bu cütlüyün taleyinə aydınlıq gətirəcək həlledici cavab qarşılaşması martın 18-də baş tutacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər