İdman

"Mançester Siti" qalmaqalı böyüyür: UEFA-nın sabiq baş katibi istintaqı necə aldadıb?

01 Oct 2026, 14:28 1 baxış
"Mançester Siti" qalmaqalı böyüyür: UEFA-nın sabiq baş katibi istintaqı necə aldadıb?
"Mançester Siti" futbol klubunun maliyyə pozuntularını ifşa edən "Football Leaks" portalının yaradıcısı Ruy Pintu şok iddia ilə çıxış edib. Oxu.Az BBC-yə istinadən xəbər verir ki, o, FIFA prezidenti Canni İnfantinonun hələ 2014-cü ildə UEFA-nın baş katibi vəzifəsində çalışarkən klubun bu qanunsuzluqlarından xəbərdar olduğunu bildirib. "Hələ 2014-cü ildə "Mançester Siti" ilə bağlı pozuntuları bilən bir şəxs var idi. O zaman UEFA-nın baş katibi postunu tutan bədnam Canni İnfantino öz səlahiyyətlərindən sui-istifadə edərək, məxfi sənədləri paylaşdı. Qısacası, o, istintaq palatasını aldadaraq əlindən gələni etdi ki, "Mançester Siti" və PSJ Çempionlar Liqasından kənarlaşdırılmaya səbəb ola biləcək daha dərin araşdırmadan qaçaraq, yalnız cərimə ilə canlarını qurtarsınlar", - deyə Pintu qeyd edib. Pintu, həmçinin Canni İnfantinonu futbol üçün xərçəng şişi adlandırıb: "Onun UEFA-nın baş katibi və son vaxtlar FIFA prezidenti kimi fəaliyyətini nəzərə alaraq, yalnız onu deyə bilərəm ki, Canni İnfantino futbol üçün bir xərçəng şişinə çevrilib və bu oyunun gələcəyində ona yer yoxdur". Xatırladaq ki, daha əvvəl klub İngiltərə Premyer Liqasının (İPL) maliyyə qaydalarını pozmaqla bağlı ittihamların əksəriyyətində təqsirli bilinmişdi. 2023-cü ilin fevralında İPL "Mançester Siti"yə 2009-2018-ci illər ərzində yol verilmiş 130 pozuntu ilə bağlı ittiham irəli sürmüşdü. Ötən həftə isə komissiya klubu biri istisna olmaqla, bütün ittiham maddələri üzrə təqsirkar bilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər