Cəmiyyət
Sabah Bakının bu rayonunda su olmayacaq
Sabah Bakının Nizami rayonunda içməli suyun verilməsində fasilə yaranacaq.
Bu barədə Axar.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən məlumat verilib.
Məlumata görə, magistral su kəməri üzərində aparılacaq tikinti-bərpa işləri ilə bağlı oktyabrın 2-si saat 09:00-dan axşam saatlarınadək Nizami rayonunun bəzi ərazilərinin su təminatında fasilə yaranacaq.
Mənbə
axar.az