İdman

Coy-Lens Mikels adını Premyer Liqanın tarixinə yazdırdı

11 Mar 2026, 12:34 1 baxış
Coy-Lens Mikels adını Premyer Liqanın tarixinə yazdırdı
"Sabah"ın futbolçusu Coy-Lens Mikels Premyer Liqada 50-ci qolunu vurub. Oxu.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, onun yubileyi XXIII turun "Qəbələ" ilə matçına (7:1) təsadüf edib. Dubla imza atan almaniyalı hücumçu qol sayını 50-yə çatdırıb. Azərbaycanda yalnız "Sabah"da forma geyinən Mikels 50-ci qolunu 102-ci oyununda vurub. O, turnirin tarixində 50 və daha çox qola imza atan 44-cü futbolçudur. Coy-Lensə qədər Abdullah Zubir və Emin Mahmudov da bu siyahıya cari mövsümdə daxil olublar. Almaniyalı futbolçu 2021/22 mövsümündə 11, növbəti çempionatda 17, 2023/24 mövsümündə bir, ötən turnirdə 9 dəfə fərqlənib. O, cari mövsümdə 12-ci dəfə rəqib qapılarına yol tapıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər