Siyasət
Azərbaycan Ordusunun "Albatros"u - XARAKTERİSTİKASI
Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin balansında olan "L-39 Albatros" təlim təyyarəsinin görüntülərini yayıb. Oxu.Az xəbər verir ki, adıçəkilən təyyarə hərbi pilotların ilkin və əsas təlimi, uçuş vərdişlərinin təkmilləşdirilməsi və döyüş tətbiqi hazırlığı üçün nəzərdə tutulmuş reaktiv təlim təyyarəsidir.
"Aero L-39 Albatros" 1960-cı illərdə dizayn olunmuş "Aero L-29" təlim təyyarəsini əvəz etməsi məqsədilə hazırlanıb. "Aero L-39" dünyada istehsal olunan ilk ikinci nəsil təlim təyyarəsidir. Hərbi təlim təyyarəsi kimi bir çox dövlət tərəfindən hazırda da istismar olunur. Təyyarə ilə bağlı maraqlı məqamlardan biri də təyyarənin NATO kodlu olmamasıdır. Əsasən pilotlar tərəfindən təlim məqsədilə istifadə olunsa da, yüngül hücum təyyarəsi vəzifəsini də icra edə bilər. İstifadəçi ölkələrdən bəzilərinin bu təyyarələrdən ibarət aerobatika komandaları var. Təlim təyyarəsindən Azərbaycanla yanaşı, 50-yə yaxın ölkə istifadə edir. Bununla yanaşı, "Albatros" ümumi çəkisi 300 kq-dan çox olmayan raket və ya aviabomba da daşıya bilər. Mərahim Nəsib

Mənbə
oxu.az