İdman
"Kolambus Kryu" klubu Nəriman Axundzadə ilə bağlı paylaşım etdi - VİDEO
Futbol üzrə Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə transfer olunduğu "Kolambus Kryu" klubunun düşərgəsinə qatılıb. Oxu.Az xəbər verir ki, bu barədə klubun rəsmi sosial media hesabında paylaşım edilib. Xatırladaq ki, "Kolambus Kryu" "Qarabağ"ın sabiq futbolçusu ilə 3.5 illik müqavilə imzalayıb. Razılaşma fevralın 10-da baş tutsa da, işçi vizasının alınmasının yubanması Nərimanın ABŞ-yə getməyini təxirə salmışdı.
Mənbə
oxu.az