Siyasət

ABŞ-nin əsas məqsədi nədir? - VİDEO

10 Mar 2026, 18:12 1 baxış
ABŞ-nin əsas məqsədi nədir? - VİDEO
"Amerika Birləşmiş Ştatları üçün ən vacib siqnal bölgə dövlətlərini müharibəyə cəlb edə bilməmək oldu". Bunu Baku TV-nin "Aktual Gündəm" verilişində ABŞ-İsrail koalisiyası ilə İran arasındakı müharibədə son vəziyyət barədə müzakirə zamanı jurnalist Turan İbrahimov deyib.
Baku TV-nin baş redaktoru vurğulayıb ki, Türkiyəni prosesə cəlb etmək üçün müxtəlif təxribat xarakterli addımlar atılsa da, onlar istəklərinə nail ola bilməyiblər. "Müharibə uzandıqca İran ən çox dağılan, maddi, mənəvi, fiziki baxımdan itirən tərəf olmasına baxmayaraq, daha çox legitimlik qazanacaq. Dünyanın bir nömrəli supergücü İranı 11 gündür kapitulyasiyaya məcbur edə bilmir. Əsas səbəb də İranda xalqın hazırkı situasiyada rejimin arxasında olmasıdır. Yəni onlar gözlənilən kimi ayağa qalxmadılar", - deyə Turan İbrahimov sözlərinə əlavə edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər