İdman
"Qarabağ"ın futbolçusu Kamilo Duran Kolumbiya millisinə çağırıldı
"Qarabağ"ın futbolçusu Kamilo Duran Kolumbiya milli komandasına dəvət alıb. Oxu.Az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi mart ayında keçiriləcək yoldaşlıq görüşləri üçün yığmaya çağırılıb. İndiyədək milli komandaya dəvət olunmayan Duran "Qarabağ"ın heyətində bu mövsüm göstərdiyi uğurlu çıxışdan sonra Kolumbiya millisindən dəvət alıb. Onun yer aldığı komanda martın 26-da Xorvatiya, üç gün sonra isə Fransa yığması ilə qarşılaşacaq. Hər iki görüş ABŞ-nin Orlando şəhərində keçiriləcək. Qeyd edək ki, Kamilo Duran 2025-ci ilin avqustunda "Qarabağ" klubuna transfer olunub.
Mənbə
oxu.az