İdman

Azərbaycanlı paralimpiyaçı Tbilisidə Avropa çempionu oldu

10 Mar 2026, 18:22 1 baxış
Azərbaycanlı paralimpiyaçı Tbilisidə Avropa çempionu oldu
Azərbaycan parapauerliftinqçisi İlhamiz Kərimov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən parapauerliftinq üzrə Avropa Açıq çempionatında qızıl medal qazanıb. Oxu.Az xəbər verir ki, idmançı 107 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə apararaq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Paralimpiyaçımız ən yaxşı qaldırmada 115 kiloqram nəticə göstərib. O, ümumi qaldırmada isə 330 kiloqram nəticə ilə yeniyetmələr arasında çempion olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər