İdman
Premyer Liqada cari mövsümün ən böyükhesablı qələbəsi qeydə alınıb
Misli Premyer Liqasında 2025/2026 mövsümünün ən böyükhesablı qələbəsi qeydə alınıb. Oxu.Az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, XXIII tura təsadüf edib. "Qarabağ" "Araz-Naxçıvan"ın qapısından altı cavabsız top keçirib. Cari mövsümdə ilk dəfə bir komanda altı top fərqi ilə qalib gəlib. Ağdam klubu həm də mövsümdə bir oyunda altı qol vuran ilk komanda olub. Bunadək mövsümün rekordu 5:0-a bərabər idi. 2025-ci il avqustun 30-da "Zirə" evdə "Kəpəz"ə, sentyabrın 21-də "Qarabağ" səfərdə "Araz-Naxçıvan"a beş cavabsız qol vurub.
Mənbə
oxu.az