Siyasət

Finlandiya Prezidenti Aleksandr Stubb İlham Əliyevə zəng edib: Naxçıvanla bağlı dəstək ifadə olunub

10 Mar 2026, 18:58 1 baxış
Finlandiya Prezidenti Aleksandr Stubb İlham Əliyevə zəng edib: Naxçıvanla bağlı dəstək ifadə olunub
Martın 10-da Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Aleksandr Stubb İranın Azərbaycanın Naxçıvan Muxtar Respublikasına hücumu ilə əlaqədər ölkəmizə dəstəyini ifadə edib. Azərbaycan Prezidenti telefon zənginə və göstərilən dəstəyə görə minnətdarlığını bildirib. Telefon söhbəti zamanı Prezident İlham Əliyevlə Prezident Aleksandr Stubbun görüşləri və həmin görüşlər zamanı ikitərəfli əlaqələrimizin inkişafı ilə bağlı aparılmış müzakirələr məmnunluqla xatırlanıb. Azərbaycan və Finlandiya prezidentləri əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Mənbə oxu.az

Oxşar Xəbərlər