Maraqlı

Novruz gəlir, yaz gəlir - Paytaxtın bayram hazırlığından FOTOREPORTAJ

10 Mar 2026, 14:00 1 baxış
Novruz gəlir, yaz gəlir - Paytaxtın bayram hazırlığından FOTOREPORTAJ
Paytaxt Bakıda Novruz bayramına hazırlıq işləri aparılır. Oxu.Az PhotoStock.az-a istinadən xəbər verir ki, şəhərin müxtəlif küçə və meydanları bayram ab-havasını əks etdirən rəngarəng dekorasiyalarla bəzədilib. Park və xiyabanlarda quraşdırılan Novruz atributları, səməni kompozisiyaları, milli ornamentlərlə işlənmiş dekorativ elementlər və işıq instalyasiyaları şəhərə xüsusi gözəllik qatır. Görülən bu hazırlıq işləri Novruz bayramının gəlişini daha da hiss etdirir və şəhərə bayram ovqatı bəxş edir. Rəngbərəng və zəngin tərtibat paytaxt sakinlərinin diqqətini cəlb etməklə yanaşı, gələn turistlərin də marağına səbəb olur və onlara Bakı küçələrində bayram əhvalını yaşadır. Paytaxt küçələrində Novruz bayramına hazırlıq işlərindən fotoreportajı təqdim edirik:
{{gallery}} Daha çox foto burada: PhotoStock.az
Mənbə oxu.az

Oxşar Xəbərlər