İdman
Leandro Andrade Misli Premyer Liqasının tarixinə keçdi
"Qarabağ"ın futbolçusu Leandro Andrade Premyer Liqada 40-cı qolunu vurub. Oxu.Az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçinin yubiley qolu 127-ci oyununa təsadüf edib. O, Misli Premyer Liqasının XXIII turunun "Araz-Naxçıvan"la görüşündə (6:0) dubl müəllifi olub. Leandronun ilk qolu yubiley xarakterli olub. İkinci dəfə fərqlənməklə isə Azərbaycan çempionatlarındakı göstəricisini 41-ə çatdırıb. Premyer Liqada 2021/22 mövsümündə debüt edən və yalnız "Qarabağ"da çıxış edən Andrade turnirin tarixinə 40 və daha çox qol vuran 70-ci futbolçu kimi düşüb. Yarımmüdafiəçi 41 qol vuran Samir Məmmədov, Fazil Əsədov, Leandro Qomeş və Baqali Daboya şərik çıxıb.
Mənbə
oxu.az